Bu ilin ilk 6 ayı ərzində Bakıda nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması ilə əlaqədar 50 fakt qeydə alınıb.
QAZİLER.AZ xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər.Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 36 nəqliyyat vasitəsi tapılaraq sahiblərinə qaytarılıb, 14 nəqliyyat vasitəsinin axtarışı isə davam etdirilir.