Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni TƏYİNAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni TƏYİNAT backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib.

“Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Rəşad Allahverdiyev təyin olunub.

R.Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Report"a məlumatı təsdiqləyib.