Nazirlik psixoloji xidmət göstərilən şəxslərin sayı barədə məlumat verdi

Nazirlik psixoloji xidmət göstərilən şəxslərin sayı barədə məlumat verdi backend

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan vacib istiqamətlərdən biri də sosial-psixoloji yardım üzrə xidmət göstərməkdir. Tabeliyimizdə olan qurumların nümayəndələri tərəfindən 400-dən çox ailəyə bu cür xidmətlər göstərilib”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

Onun sözlərinə görə, təkcə stasionar deyil, ambulator qaydada da xidmət təşkil edilib:

“Ümumilikdə, 2 870 vətəndaşla görüş keçirilərək, psixoloji və psixokorreksiya işləri aparılıb. Pandemiya ilə əlaqədar onlayn qaydada 900 nəfərə sosial psixokorreksiya xidməti göstərilib”.

Agentliyin sədri əlavə edib ki, 2020-ci ilin sonunda mühərrikli araba reabilitasiya vasitələri siyahısına əlavə edilib və 2021-ci ildə ehtiyacı olan vətəndaşların bu vasitələrlə təmin edilməsi planlaşdırılır:

“Bu istiqamətdə müayinə protokollarını təyin etmişik. İl ərzində bütün İkinci Qarabağ müharibəsi qaziləri bu vasitələrlə təmin olunacaqlar”.