Rusiyanın Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasında təhsil alan Tahir Axundova kiçik çavuş rütbəsi verilib.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, ona çavuş rütbəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik Nadir Şahbazovun təqdimatı əsasında verilib.Tahir Axundovun təhsil aldığı 85 tələbənin arasında öz uğurları və intizamı ilə seçildiyi xüsusi vurğulanıb.
Qeyd edək ki, Tahir Axundovun atası polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprelində Lələtəpə istiqamətində şəhid olub.