Müxtəlif səbəblərdən xarici ölkələrdə dünyasını dəyişən soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsinə Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman həssaslıqla yanaşır.
Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, təəssüflə qeyd olunmalıdır ki, 2020-ci ildə xaricdə yaşayan bir neçə soydaşımızın ölüm xəbəri gəlib. İstər diaspor təşkilatlarından, istərsə də vəfat edən şəxslərin ailə üzvlərindən əzizlərinin, yaxınlarının nəşinin vətənə gətirilməsi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan hər bir müraciətə anında cavab verilib.2020-ci ildə Komitə və müxtəlif ölkələrdəki diaspor təşkilatları xaricdə dünyasını dəyişən 14 azərbaycanlının nəşinin ölkəyə gətirilərək ailələrinə təhvil verilməsində yaxından iştirak edib. Amerika Birləşmiş Ştatları, Kuba, Polşa, Belçika, Fransa və Rusiyada dünyasını dəyişən soydaşlarımızın vətəndə torpağa tapşırılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də bir çox diaspor təşkilatları lazım olan vəsaiti ödəməyi də öz üzərinə götürüb.