Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.
Qaziler.az xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin iclasında baxılıb.Deputatların səsverməsinin nəticələrinə görə, Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinə hakim təyin edilib.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Humay Əfəndiyeva daha sonra and içib.
Qeyd edək ki, H.Əfəndiyeva baş nazirin keçmiş müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.