Türkiyənin tanınmış aktyoru Atilla Pekdemir vəfat edib.
Kult.az xəbər verir ki, aktyorun uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkdiyi, bir müddət əvvəl koronadan sağalmasına baxmayaraq, bu gün İzmirdə vəfat etdiyi bildirilib.Qeyd edək ki, Atilla Pekdemir müxtəlif filmlərlə yanaşı, Azərbaycanda da maraqla izlənilən "Hercai" serialında Yusuf ağa rolunu canlandırıb.