Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ hökumətini rəsmi Moskvanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə müvafiq açıqlama Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanıb.Rusiya XİN ABŞ-ı Vaşinqtonun nəzarətində olan internet platformaları vasitəsilə insanları icazəsiz aksiyalara çağırmaqda günahlandırıb.