Millət vəkili şəhid musiqi müəlliminin əmisi ilə görüşdü

Millət vəkili şəhid musiqi müəlliminin əmisi ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Göyçay şəhər Uşaq Musiqi Məktəbində müəllim işləmiş Alim İbrahimovun əmisi Ərəstun Xalid oğlu İbrahimovla Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili Ə.İbrahimovla Alim İbrahimovun qısa və mənalı həyatı, Vətən sevgisi, şəhidliyin müqəddəsliyi haqda danışıb.

“Alim İbrahimov Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Alim kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili deyib.

Şəhid mədəniyyət işçisinin atası Səhrab İbrahimova Mədəniyyət Komitəsi adından ünvanlanmış məktub şəhidin əmisi Ə.İbrahimova təqdim edilib.
Diaspora