Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb.
Qazilər Vidadi Ağagülov, İlqar Quliyev, Elvin Nəsirov, Rauf Musayev, Elçin Müseyibov və Məhərrəm Quliyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:“Əziz qazilər,
Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!
Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edib.





