Paşayeva şəhid müəllimin atası ilə görüşdü

Paşayeva şəhid müəllimin atası ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Füzuli rayon 3 saylı Uşaq Musiqi məktəbində tar müəllimi olmuş Toğrul Hacıyevin atası Rüfət Hacıyevlə Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsinizz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!"”- millət vəkili bildirib.

Qeyd olunub ki, Toğrul Hacıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid mədəniyyət işçisinin atasına Mədəniyyət Komitəsi adından məktub təqdim edilib.
Diaspora