Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Qaziler.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.