Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür

Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun doğum günüdür.

Qaziler.az xəbər verir ki, Cəlil Əziz oğlu Səfərov 1962-ci il yanvarın 28-də Gürcüstanın Marneuli rayonu Leybəddin kəndində anadan olub, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.

1977-ci ildə C.Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul olub. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlayır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir.

Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsini azad edərək, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsini təmin edib. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak olub.[

1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Sumqayıt şəhərində 10 saylı orta məktəb onun adını daşıyır. Marneuli rayonu Leybəddin kəndində abidəsi ucaldılıb.
Diaspora