Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb - Ölənlər də var

Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb - Ölənlər də var backend

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Qazilər.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.
Diaspora