Milli mətbuatın 140 illiyi münasibətilə stolüstü tennis turniri keçiriləcək

Milli mətbuatın 140 illiyi münasibətilə stolüstü tennis turniri keçiriləcək backend

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə iyulun 14-də “Şüa” idman-sağlamlıq kompleksində media nümayəndələri arasında stolüstü tennis turniri keçiriləcək.


AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Mətbuat Şurası tərəfindən birgə təşkil olunacaq. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən və şəxsi dərəcədə keçiriləcək yarışda çoxlu sayda mətbuat nümayəndəsinin iştirakı gözlənilir.

Turnirin qalibləri diplom və kuboklarla ilə təltif olunacaqlar.

Yarışı baş hakim Sara Sultanova və baş katib Xəyalə Qiyasova idarə edəcəklər.
Diaspora