Peruda qorxmaz turistlər üçün qayalıqda istirahət zonası təşkil edilib

Peruda qorxmaz turistlər üçün qayalıqda istirahət zonası təşkil edilib backend

Peru düzənliklərini əhatə edən qayalarda qorxmaz turistlər üçün şəffaf yataq kapsulları quraşdırılıb.


QAZİLER.AZ saytının məlumatına görə, AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, kapsullarda yatmaq istəyənlər qayaya 122 metr hündürlüyə qalxmalıdırlar. Kapsulun uzunluğu 7 metr, eni və hündürlüyü isə 2 metrdir. Hər bir kapsul temperatur dəyişkənliyinə dözümlü və aviasiyada istifadə edilən alüminium və polikarbonatdan düzəldilib.

Altı pəncərəyə malik kapsulun içərisində 4 yataq yeri, kiçik nahar zonası, hətta qapalı vanna otağı yerləşir. Onun işıqlandırılması günəş batareyaları vasitəsilə həyata keçirilir. Hələlik 3 belə kapsul mövcuddur.
Diaspora