“2020-ci ildə Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 35 576 nikah qeydə alınıb”.
Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.O bildirib ki, bununla yanaşı nikahın pozulması üçün müraciət edən cütlüklərin böyük hissəsi psixoloji söhbətlərlə fikirlərindən daşındırılıb:
“Belə ki, nazirliyin qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilmiş şəxslərdən 576 nəfər (yəni, 288 cütlük) nikahın pozulmasından imtina edib”.