Qənirə Paşayeva xalq artistini 60 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO

Qənirə Paşayeva xalq artistini 60 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Sabir Məmmədovu 60 illik yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Sabir Məmmədovla Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib:
"Hörmətli Sabir müəllim, Siz 1983-cü ildən indiyədək səhnədəsiz, teatr və kinoda yaddaqalan obrazlar yaratmısız.
Siz Cəfər Cabbarlı mükafatına,
Prezident Mükafatına,
Xalq artisti yüksək fəxri adına layiq görülmüsüz.
Hazırda Akademik Milli Dram Teatrında fəaliyyətinizi davam etdirməkdəsiz.
Sizi bir daha, Mədəniyyət Komitəsi adından təbrik edir, yeni uğurlar arzulayıram"!
Xalq artisti səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Diaspora