Cənab Nazir, Azərbaycan əsgəri büdcə talamır

Cənab Nazir, Azərbaycan əsgəri büdcə talamır backend
Bu ay Murovda, Hinalda, Qocadağda, Kəlbəcərdə, Laçında, Şuşada ən ağır şəraitdə hərbi qulluq keçən gizirimiz 753 azn maaş alıb.

Keçən ay bu maaşın məbləği 1362 azn təşkil edirdi. Nə Murov Səudiyyə Ərəbistan olmayıb, nə də Tərtərin sahildəki Kəlbəcər Nil çayının sahili olmadı...

Cənab nazir Samir Şərifov iqdisatçı ola bilər. Ola bilsin tarixi bilməz, amma ona biri başa salsın ki, üçüncü Filipin birinci gədəsi İsgəndər dünyanı darmadağın edib Hindistanda maleriya tutaraq vəfat edəndən sonra başsız qalan imperiya ordunun haqqın kəsmədi. Bu bir yana... bu dünya tarixidir. Ola bilsin cənab nazirin başı vurma cədvəlinə və ya iqtisadi şkalalara qarışar oxumaz. Şah dədəmiz İsmayılın dövründən danışın, deyin ki o müharibənin şərtlərinə baxmaraq ordunun haqqın kəsməyib. Azəbaycan tarixini addım-addım dolaşın görün ən qəddar hökmdarları hansı əsgərin maaşına toxunub?! Heç biri...

Cənab Samir Şərifov hazırda elə post var ki, əsgər çıxıb işiyəndə "qurğudan" çıxan sidik kəsilməmiş yerə tökülən donur. Sən onun əvəzinə yoxlama təşkil elə, idarə, müəssisə və təşkilatlarda olan artıq kartları yığ qənaət elə;

Cənab Samir Şərifov, əgər Qocadağ postunda hansısa əsgər xəstələnsə onu ən azı 48 saata zorla aşağı endirəcəklər. Onların maaşı əvəzinə sələm işi ilə məşğul olub ancaq ünvanlı sosial yardım alanlara verilən pula qənaət elə.

Canab İqtisadiyyatımızın baxanı, Sibir postunda ata deməyi təzəcə öyrənən körpəsinin şəkilinə baxan qəhrəman Azərbaycan əsgərinin yaşaran gözündən düşən damcı yanağında donur. Onun haqqın kəsməkdənsə xəstə olmaya-olmaya rüşvət verib əlillik qurupu ilə təqaüd alan haramzadələrin pulun kəsib büdcəyə qənaət elə...

Cənab Şərifov, Kəlbəcərdə, Laçında igidlər erməni qarşısında çadırda "spalni meşok"da yatıb xidmət edir. Onların əvəzinə adamı olduğu üçün vergidən yayınan, masaj salonlarında təşkil edilən və eyt-işrət obyektlərindən yığılan qeyri-qanuni pulları rəsmiləşdir, qənaət elə...

Canab Nazir, hörmətli Samir Şərifov! Əgər Müdafiə naziri Səfər Əbiyev olsaydı, əmin olun ki, belə problem olmazdı və mən belə status yazıb özümü "hədəfə" salmazdım. Bir vətəndaş kimi deyirəm, mənim də haqqımı yeyək, amma əsgərə dəyməyək... Çünki onlar öz ətləri ilə namusumuza çəpər çəkirlər... Heç adam da öz əpərin sözlər?

Mən ölüm, get icra hakimiyyətindəki dost MMC-nin tərkibin yoxla... Əsgərin haqqına dəymə.

Ali Baş komandanı İlham Əliyev olan Azərbaycan Ordusunun qəhrəman ordusunun əsgəri büdcə talamır.

Elgün Gəncimsoy
Diaspora