Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürü oğurlanıb

Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürü oğurlanıb backend

Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinin möhürünü oğurlayan şəxs tutulub.



Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 11-də Sevil Ələkbərovaya məxsus içərisində 340 manat, mobil telefon, sənəd və Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə məxsus möhür olan çanta oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar tutulub.
Diaspora