Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.
Qazilər.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.