Qarabağ qaziləri narahatdır – Hərbçilərin əməkhaqları azaldılmasın!

Qarabağ qaziləri narahatdır – Hərbçilərin əməkhaqları azaldılmasın! backend

Dünəndən sosial şəbəkələrdə ön cəbhədə xidmət edən hərbi qulluqçuların maaşının yarıbayarı azaldılması ilə bağlı xəbərlər yayılıb. Bu anlaşılmaz qərarın isə Maliyyə Nazirliyi tərəfindən qəbul edildiyi iddia edilir. Məsələ ilə bağlı ölkədə müxtəlif narazılıqlar yaranıb. Hətta hərbi qulluçular buna etiraz olaraq sosial şəbəkələrdə görüntülərini də paylaşıb.

Qazilər.az xəbər verir ki, maaşların azaldılmasına etiraz eləyənlər sırasında Qarabağ qaziləri də var. Belə ki, Qarabağ qazisi, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu şəxsi feysbuk səhifəsində bununla bağlı paylaşım edərək Mikayıl Cabbarova müraciət edib.

Qeyd edək ki, ön cəbhədə xidmətdə olan hərbi qulluqçular ikiqat maaş alırdı. Məsələn, əvvəl maaş 600 azn idisə, 1200 azn alırdılar. Lakin heç bir rəsmi qərar olmadan həmin maaşların yenidən 600 manat olacağı deyilib. Halbuki bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Həmin qərarın icrası isə Maliyyə Nazirliyinə həvalə edilməlidir.





QAZİLƏR.AZ

Diaspora