Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub backend

Vətən müharibəsi iştirakçılarından biri də Səbuhi Azər oğlu Əsədovdur. 1999-cu ildə Bakı şəhərində anadan olan Səbuhi əslən Cəbrayıl rayonundandır.

2005-ci ildə Suraxanı rayonu 85 nömrəli məktəbin birinci sinfinə gedir və 2016-cı ildə həmin məktəbi bitirərək 2019-cu ildə Mingəçevirə hərbi xidmətə yollanır.

"Report" xəbər verir ki, Səbuhi Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Talış, Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə şəhid olub.

Bu günlərdə yaşadığı ərazidə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub.

Diaspora