“Bizim mübarizəmiz terror təşkilatına qarşıdır. Aramızdakı əməkdaşlığı gücləndirməli və PKK terror təşkilatı qarşısında əzmlə durmalıyıq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqda səfərdə olarkən deyib.“Məqsədimiz birlik və bərabərlik şəraitində PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, H. Akar İraq Kürdüstanı bölgəsinin Baş naziri Məsrur Bərzani və Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə ayrı-ayrılıqda görüşüb.