Azərbaycan millisinin üzvü Eddi İsrafilov karyerasını İspaniyanın "Eybar" klubunda davam etdirəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı futbolçu icarə əsasında "Eybar"da çıxış edəcək.
Müqavilə ilə "Mursiya" klubuna məxsus olan İsrafilov yeni klubu ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm İspaniya La Liqasını 18-ci pillədə başa vuran "Eybar" növbəti mövsümdən ikinci liqada çıxış edəcək.