Gələn həftədən vaksinasiya başlayacaq.
Qazilər.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.Ş.Möhsümovun sözlərinə görə, vaksinasiyaya yanvarın 18-dən start verilir.
O bildirib ki, vaksinasiya ilk olaraq tibb müəssisələrində çalışanlar üçün aparılacaq:
“Fevralın 1-dən isə 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.