Bakı rayonlarında suyun verilməsi iki gündə tam bərpa olunacaq

Bakı rayonlarında suyun verilməsi iki gündə tam bərpa olunacaq backend

Yaxın iki gün ərzində Bakının Yasamal, Səbail və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq. Bu barədə Trend-ə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.



İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.

A.Cəbrayıllı qeyd edib ki, təmir işləri davam edir və problemin 95 faizi həll edilib: “İki gün ərzində suyun verilməsi tam bərpa olunacaq”.

O həmçinin bildirib ki, şənbə axşamı paytaxtın Nəsimi rayonunda baş verən qəzanın nəticələri də aradan qaldırılıb.
Diaspora