Bağdad hökuməti və Birləşmiş Millətlər Təşkilatının himayəsində olan İraq Kürd Regional Rəhbərliyi arasında imzalanan müqavilə ilə PKK-nın Sincardakı varlığına son qoyulmalı idi, ancaq onlar hələ də bölgədən geri çəkilməyib, əksinə silahlarını Mahmur düşərgəsi tərəfə keçiriblər.
Axar.az xəbər verir ki, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib."PKK-nın şəhərlərə yerləşmək planları var. Sincar sazişi hələ də qüvvəyə minməyib, mərkəzi hökumət bölgədə nəzarəti ələ ala bilməyib. İraq ordusu və bölgə xalqı münaqişə bölgələrində gücləndirilməlidir", - Salehi söyləyib.