Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb

Şuşa istiqamətində hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb backend

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.

Qaziler.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Diaspora