Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olması açıqlanıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: “Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərində müvafiq qydiyyatların aparılması ilə bağlıdır. Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparırlar və lazımı köməkliklər də edirlər”.