"Yeni Müsavat" Media Qrupu olaraq Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.
Bu dəfə Beyləqan rayon, Birinci Şahsevən kəndində yaşayan xüsusi təyinatlı gizirimiz Bəşir Məmişovu ziyarət etdik.13 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, Aprel döyüşlərinin iştirakçısı olan Məmişov Vətən Müharibəsindən qazi olaraq dönüb.
Bir ayağını vətən uğrunda fəda edən Bəşir Məmişovun döyüş xatirələri hər birimiz üçün maraqlı olacaq.
Qeyd edək ki, qazimiz Cəbrayılın, Qubadlının, Füzulinin işğaldan azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlığa görə medallarla təltif edilib.





