"WhatsApp"dan istifadəçilərin şəxsi yazışmaları ilə bağlı bəyanat

"WhatsApp"dan istifadəçilərin şəxsi yazışmaları ilə bağlı bəyanat backend

"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək imkanı vermir.

Trend-in məlumatına görə, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.

Qeyd olunur ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:

"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".

Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.