Ceyhun Bayramov Pakistana səfər edəcək

Ceyhun Bayramov Pakistana səfər edəcək backend

Yanvarın 13-14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.

Qazilər.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Diaspora