“WizzAir“in Bakıya reysləri bərpa ediləcək

“WizzAir“in Bakıya reysləri bərpa ediləcək backend

Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri tezliklə bərpa edəcək.



Trend-in məlumatına əsasən, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə proses gedir: "Aviaşirkətin reysləri tezliklə bərpa ediləcək. Bundan başqa, "Qatar Airways" şirkəti Azərbaycana reyslər həyata keçirir, "Fly Emirates" şirkəti ilə müqavilə imzalanıb, o, BƏƏ-yə uçuşlar həyata keçirəcək".
Diaspora