Komitə sədri şəhid Rafaelin atası ilə görüşdü

Komitə sədri şəhid Rafaelin atası ilə görüşdü backend

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Qarğalıq kənd sakini, şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynovla görüşüb.

Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Sizin oğlunuz göstərdiyi igidliyi, rəşadətə görə Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Rafael torpaqlarımızın azadlığı, ölkəmizin bütövlüyü üçün canından keçib.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb!” – Paşayeva bildirib.

Şəhid atası Teymur Hüseynova tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
Diaspora