Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub backend

Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunda 4 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.
Diaspora