Öz atası da şəhid olan polis əməkdaşı şəhid ailəsini təhqir edibmi?

Öz atası da şəhid olan polis əməkdaşı şəhid ailəsini təhqir edibmi? backend

Daxili İşlər Nazirliyinin nümayəndələri bu günlərdə Səbail rayonunda toplaşan və həmin zaman polislərlə aralarında insident yaşanan şəhid ailələri ilə görüşüblər.

DİN-in yüksək rütbəli əməkdaşları və həmin rayonun icra hakimiyyətinin başçısı şəhid ailələri ilə təklikdə görüşərək onların problemləri ilə maraqlanıblar. Şəhid ailələri bildirib ki, hazırda problemləri və kimdənsə narazılıqları yoxdur, dövlət onlara lazım olan köməkliyi və qayğını göstərir.

Nazirliyin əməkdaşları həmin ailələrin nəzərinə çatdırıb ki, toplaşma zamanı istəmədən şəhid yaxınına qarşı kobud ifadə işlədən polis əməkdaşı özü də Ağdam rayonundan məcburi köçkün olub və şəhid oğludur. Onun atasının dəfn olunduğu ərazi ermənilər tərəfindən işğal olunmuşdu və atasının dəfn olunduğu qəbirstanlıq da dağıdılmışdı.

Qaziler.az: Xatırladaq ki, şəhid ailələri və polis əməkdaşları arasında bu günlərdə yaşanmış insident zamanı şəhid yaxınlarından biri polis əməkdaşının atasını təhqir etmiş, polis əməkdaşı isə qeyri-ixtiyari olaraq ona: “qudurmusan?” ifadəsini işlədib. Aldığımız məlumata görə, bundan başqa heç bir təhqiramiz ifadəyə yol verilməyib.



Bu məsələdə adı hallanan polis əməkdaşı Müşfiq Gözəlovun atası şəhid Mikayıl Gözəlov vətənpərvər insan olub. Şuşa şəhər İcra Hakimiyyətinin başçısı olmuş Mikayıl Gözəlov iş başında vəzifə borcunu yerinə yetirərkən, 11 dekabr 1991-ci ildə sui-qəsd nəticəsində - erməni fitnəkarlığı ilə qətlə yetirilmişdi.

Maraqlıdır ki, Müşfiq Gözəlovla bağlı bu cür həqiqətə uyğun olmayan məlumatların yayılması ilk dəfə deyil. Bir qədər əvvəl onun şəhid anasına qarşı xoşagəlməz ifadə işlətdiyi haqda sosial şəbəkələrdə məlumat yayılmışdı. Halbuki, M.Gözəlov elə ifadə işlətməmişdi.

Həmin videonu təqdim edirik:




Diaspora