Tanınmış Qarabağ qazisi Rey Kərimoğlu müğənni Tacir Şahmalıoğlunun da təltif edilməsi üçün müraciət edib.
Qazilər.az xəbər verir ki, bu barədə Qarabağ qazisi feysbuk hesabında paylaşım edib:“30 illik işğal zamanı Qarabağı unutmağa qoymayan, yaddaşlarda, düşüncələrdə saxlayan əsas ifa və səs sahibi Tacir də dövlət təltifi haqq edir, məncə!
Tacirin ifa tərzi mənlik deyil, amma onun illər əvvəl ifa elədiyi möhtəşəm və təkrasız “Bayatı Şiraz”ı tarix boyu qalacaq!
Ad yazmıram, lakin bu ölkə üçün heç nə etməyən, Tacirdən qat-qat aşağı səviyyəli ifaçılara Xalq artisti adı verilib! Verilsin, amma bunu da unutmaq olmaz axı! Axırda özü məcbur olub dilə gəldi! 50 ildir Azərbaycanı, 30 ildir həm də Qarabağı belə uğurla təbliğ edən ikinci bir səs, ifa yoxdur!
Ümid edirəm ki, vicdanlı və ədalətli məmurlar məsələni cənab Prezidentimizə çatdıracaq! Unutmayaq, 44 günlük savaşda Tacir də “Bayatı Şiraz”ı ilə döyüşdü!”
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu uşaq yaşlarında ifa etdiyi möhtəşəm Bayatı Şiraz ilə məşhurdur. Müğənni sosial şəbəkədə Prezident İlham Əliyevə müraciət edərək ona ad verilməsini, hətta mümkündürsə onunla görüşməsini də xahiş edib.
Müğənninin videomüraciətini təqdim edirik: