Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Cəbrayıllı İbrahim Raqub oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.
Qazilər.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, İ.Cəbrayıllı 1999-cu ildə Zərdab rayonunun Məlik Umudlu kəndində doğulub.O, sentyabrın 30-u Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.