Qənirə Paşayeva şəhid Əli Qasımovun atası ilə görüşüb

Qənirə Paşayeva şəhid Əli Qasımovun atası ilə görüşüb backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Hacallı kənd sakini, şəhid Əli Qasımovun atası İbrahim Qasımovla görüşüb.

Qaziler.az xəbər verir ki, Millət vəkili şəhidimizin atasını tarixi zəfər münasibəti ilə təbrik edib. O, aşağıdakıları qeyd edib:

"Əziz Şəhid valideyni,
Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Əli Qasımov Vətən Müharibəsində fədakarlıqla döyüşüb, şəhid olub. O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Oğlunuz bu medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə alıb.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü¬nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!"

Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
Diaspora