Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonundakı 6 məktəb təmir olunaraq lazımı avadanlıqlarla təmin edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Pirallahıda bu işlərə 2008-ci ildən başlanılıb və ilk olaraq 235 nömrəli tam orta məktəb əsaslı təmir olunub.
Həmin proqram çərçivəsində Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbin də əsaslı təmir işlərinə başlanılıb və 2014-2015-ci tədris ilində istifadəyə verilib.
Sözügedən məktəbin binasından əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun inşası davam edilir. Hazırda isə binanın dam örtüyü vurulub və daxilində son tamamlanma işləri aparılır.