Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib

Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib backend

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

APA-nın məlumatına görə, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Ali Məhkəmədən faktı təsdiqləyiblər.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.