Əsirlikdən qayıdan hərbçi:Erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi

Əsirlikdən qayıdan hərbçi:Erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi backend

Noyabrın 9-da sinəmdən güllə yarası aldım, ayın 10-da əsir götürüldüm.

Qazilər.az Trend-ə istinadla xəbər verir ki, bunu erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Anar Əliyev deyib.

O bildirib ki, Ermənistanda xəstəxanada olarkən erməni həkimlər onlara dəhşətli işgəncələr veriblər: "Erməni əsgərlərindən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi. Rezinlə vururdular, qolumuzu yandırırdılar. 12 gün Yerevanda xəstəxanada oldum, dəhşətli işgəncələrə məruz qaldım.

Dekabrın 14-də gözümüzü bağladılar və bizi təyyarəyə mindirdilər. Gördük ki, uzun illərdir əsirlikdə olan Dilqəm və Şahbaz da təyyarədədir. Özümdən çox onların azad olunmasına sevindim".
Diaspora