Düşməni heybətli cüssəsi ilə vahiməyə salan Paşa ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.
İgid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb.Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ etməsi ilə fəxr duyduğunu bildirib: "Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi".
İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi yaşayır - həm Qarabağın azad olunmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.
Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.