Milli Televiziya və Radio Şurasının (MTRŞ) əməkdaşı vəfat edib.
Qazilər.az xəbər verir ki, bu barədə MTRŞ-dan məlumat verilib.Məlumatda bildirilir ki, qurumun üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada vəfat edib. Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib.