Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı? - AÇIQLAMA

Bakıda ictimai nəqliyyatda gediş haqqı artacaqmı? - AÇIQLAMA backend

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Qazilər.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".
Diaspora