Türkiyənin Azərbaycandakı səfiri geri çağrıla bilər - NÖQSANLARA GÖRƏ

Türkiyənin Azərbaycandakı səfiri geri çağrıla bilər - NÖQSANLARA GÖRƏ backend

Türkiyədə keçirilən son parlament seçkilərindən sonra, yeni qurulacaq hökumət,ölkənin müxtəlif xarici ölkələrdəki səfirlərinin bir qismini geri çağıra bilər.

Məlumata görə, buna səbəb keçirlən son parlament seçkiləri zamanı diplomatik korpus əməkdaşlarının səsverməyə gələn Türkiyə vətəndaşlarına PKK terror təşkilatının siyasi uzantısı olan HDP səs vermələri yönündə təbliğat aparmalarıdır.

Məlumata görə, bir çox səfirlik əməkdaşları sırf Gülənin tapşırığına əsasən PKK-nın siyasi qanadı olan HDP-yə səslərin verilməsinə səy göstəriblər.

Məlumata görə, belə səfirliklərdən biri də Türkiyənin Azərbaycandakı səfirliyidir. İddialara görə, Türkiyə xarici siyasət idarəsi tərəfindən belə bir halın baş verdiyi ilə bağlı məlumat daxil olduqdan sonra, səfir İsmayıl Alpər Coşkuna rəhbəri olduğu səfirlikdə əməkdaşların keçirilən seçkilərə müdaxilə etmələri və səfirin bu halların qarşısını almaması istiqamətində addımlar atmaması yönündə iradlar səsləndirilib.

Məlumata görə, seçkilərdən sonra Türkiyə Respublikası Yüksək Seçki Kurulu tərəfindən hansı ölkələrdə səfriliklərin seçkilərə müdaxiləsi və HDP-yə səs verlməsi istiqamətində vətəndaşlara müdaxilə edildiyi ilə bağlı protokol hazırlanaraq XİN-nə göndərilib.

Bu siyahıda olan səfirlərin geri çağrılmaları və haqlarında araşdırma aparılmaları da XİN-nə göndərilən protokolda öz əksini tapıb./veteninfo
Diaspora