Türkiyə yalnız ABŞ-la deyil, bütün ölkələrlə əlaqələrində yeni bir dövrə qədəm qoyur.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş bildirib."Türkiyə bütün ölkələrlə bərabər səviyyədə danışıqlara hazırdır - amma onların müəyyən etdiyi bir yerdə dayanmaqla deyil, suveren bir ölkə kimi... Problemlərimizi qarşılıqlı razılıq və müzakirə yolu ilə həll etmək istəyirik. Bütün ölkələrin bizi bu şəkildə dəyərləndirməsi lazımdır", - Qurtulmuş qeyd edib.