Suqovuşana bayrağımızı sancan spesnaz: Təpənin üstündə durub bizə baxırdılar

Suqovuşana bayrağımızı sancan spesnaz: Təpənin üstündə durub bizə baxırdılar backend

“Bayrağımızı Suqovuşana asmaq həm məsuliyyətli, həm gözəl, həm də şərəflidir. Döyüş başlamazdan əvvəl bayraq məndə idi, ora gedib çatanda biz həmin Talış istiqamətindən meşə ilə hərəkət etdik, 4 günə yaxın meşədə qaldıq. Yorğun şəkildə gəlib Suqovuşanın üstündəki hündür bir yüksəkliyə çatdıq. Komandir dedi ki, aşağı 4 nəfər düşüb, bayrağı asmalıdır”.

Qazilər.az xəbər verir ki, bunu Moderator.az-a Suqovuşana bayrağımızı sancan qəhrəmanımız İlkin Fərzəliyev deyib.

Xüsusi təyinatlı qüvvələrdə xidmət edən İlkin vətən müharibəsi dövründə bir sıra yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğaldan azad olunmasında böyük məharət göstərib. Qəhrəmanlarımız 3 rəngli müqəddəs bayrağımızı vətən torpaqlarına sancmaq üçün şərəflə vuruşdular. İlkin daha sonra əlavə edib.

“Komandirə dedim ki, mənim üstümdə bayraq var, dedi ki, düş aşağı as. Mənimlə birlikdə aşağı 3 döyüşçü yoldaşım da düşdü. Biz ora ağır şərtlər qarşılığında düşdük. Nə cəhətdən ağır şərt? Çünki bayraq asılan yerdən, mənim arxa hissəmdən 1500-1800 metrlikdə ermənilər təpənin üstündə dayanmışdı. Yəni orda ermənilərin olduğunu bilirdik. Bizə elə gəlirdi ki, bu torpaqlar 28 ildir xilaskarlarının yolunu gözləyirdi. O torpaqlara ayaq basdığımız an sanki torpaq sanki səni özünə çəkirdi. Neçə illərdir bizim həsrətlə baxdığımız kimi inanın ondan da böyük həsrətlə o torpaqlar bizi gözləyirdi” - deyə qəhrəmanımız bildirib.
Diaspora