Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu dəfn edilib.
1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun doğulduğu Cəlilabad rayonun Qarğılı kənd qəbiristanlığında dəfn edilib.Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.
Xatırladaq ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Fərid Teymurov 1999-cu il noyabr ayının 2-si Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub. Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. 3 aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay idi.













